Türkdilli Ölkələrin Ombudsmanlar Birliyi yaradılacaq

Türkdilli Ölkələrin Ombudsmanlar Birliyi yaradılacaq
Oxunma sayı: 223

Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin yaradılacağı gözlənilir.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, Birlik Türkiyə İctimai Nəzarət Komitəsinin səyləri ilə yaradılacaq.

Artıq Azərbaycan Ombudsman Aparatı ilə məsləhətləşmələrdən sonra Türkdilli Ölkələrin Ombudsmanlar Birliyinin təsis edilməsinin qərara alındığı bildirilir.

Bununla bağlı cari ilin sonlarında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan ombudsmanlarının iştirakı ilə toplantı keçirilməsi planlaşdırılır. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi