Türkiyə 12 illik icbari təhsilə keçdi

turkiye-12-illik-icbari-tehsile-kecdi
Oxunma sayı: 644

Türkiyə Böyük Millət Məclisində 4+4+4 sistemi kimi tanınan 12 illik icbari təhsillə bağlı qanun layihəsi 295 səs çoxluğu ilə qəbul edilib. Böyük Millət Məclisinin baş assambleyasının ötən günki toplantısında "Səkkiz illik təhsil və Təhsil qanunu üzrə bəzi dəyişikliklərə dair qanun layihəsi" ilə bağlı bəzi maddələr nəzərdən keçirilib. 27 maddədən ibarət qanun layihəsinin müzakirələri 4 gündür davam etdirilirdi. Səsvermədə iştirak edən 387 millət vəkilindən 295-i qanun layihəsini dəstəkləyib, 91-i əleyhinə olub. 1 nəfər isə bitərəf qalıb. Səsvermədən sonra Türkiyənin təhsil naziri Ömər Dinçər təşəkkür çıxışı edib. Yeni qanuna əsasən ibtidai təhsilə başlama yaşı 7-dən 6-ya endirilib.

anspress