Türkiyə 2 şəhid verdi

turkiye-2-sehid-verdi
Oxunma sayı: 1098

PKK terrorçuları Türkiyənin Şırnak-Cizre avtomobil yolunun tunelində təhlükəsizliyi təmin edən əsgərlərə qarşı hücum təşkil edib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 əsgər ilə 1 təhlükəsizlik işçisi şəhid olub, 3 təhlükəsizlik işçisi isə yaralanıb.

Hücumdan sonra bölgədə genişmiqyaslı əməliyyat başlayıb.