Türkiyə 22 ölkəyə tələb göndərdi - FETÖ-nün 45 üzvü istənilir

turkiye-22-olkeye-teleb-gonderdi
Oxunma sayı: 1679

FETÖ terror təşkilatının hərbi inqilaba cəhd etməsi ilə bağlı davam edən istintaq çərçivəsində başqa ölkəyə qaçdıqları müəyyənləşən 45 nəfər barədə hazırlanan tələbnamə Ədliyyə Nazirliyinə təqdim edilib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, Ankara 4-cü Ağır Cinayətlər Məhkəməsinin hazırladığı tələbnamə nazirlik tərəfindən isə 22 ölkəyə göndərilib.

Türkiyə ABŞ, İngiltərə, İsrail, Almaniya, Belçika, Norveç, Kamboca, Tailand, Madaqaskar, Malta, Burnika Faso, Mozambik, Misir, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Cənubi Afrika, Hollandiya, Albaniya, Toqo, BƏƏ və Özbəkistanda gizlənən FETÖ-nün yüksək vəzifəli 45 üzvünün ekstradisiya edilməsini tələb edib.