Türkiyə 6 milyon rus turist gözləyir

Türkiyə 6 milyon rus turist gözləyir
Oxunma sayı: 982

Türkiyənin Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş Rusiyanın paytaxtı Moskvadakı görüşləri çərçivəsində Türkiyənin turizm sektoru və Rusiya bazarı ilə əlaqəli son vəziyyəti qiymətləndirib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Kurtulmuş Türkiyə və Rusiya arasında turizm sahəsində aparıla biləcək fəaliyyətləri gözdən keçirdiklərini ifadə edib.

Türkiyəyə keçən il 4 milyon 700 min rus turistin gəldiyini deyən Kurtulmuş, Qara dənizə qonşu ölkələrlə ortaq bir səyahət marşrutu müəyyən edilməsinə dair fəaliyyətlərin davam etdirildiyini vurğulayıb.

Nazir Beynəlxalq Moskva Səyahət və Turizm Sərgisində Rusiyada fəaliyyət göstərən 20 tur agentliyinin nümayəndəsi ilə görüş keçirdiklərini, nəticədə 2018-ci ildə Rusiyadan gələcək turist sayının 6 milyonu ötəcəyinin proqnozlaşdırıldığını qeyd edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi