Türkiyə ABŞ-a nota verdi - Azərbaycanlı iş adamına görə

turkiye-abs-a-nota-verdi
Oxunma sayı: 4256

Türkiyə Xarici İşlər Nazirliyi azərbaycanlı iş adamı Rza Zərrabın vəziyyəti ilə bağlı ABŞ-a nota verib.

“Qafqazinfo” xəbər verir ki, notada 19 mart 2016-cı ildə bank fırıldaqçılığı və “çirkli pulların yuyulması”nda ittiham edilərək Mayamidə tutulan iş adamı Rza Zərrabın vəziyyəti ilə bağlı açıqlama tələb edilib.

Qeyd edək ki, İran və Türkiyə vətəndaşlığı olan R. Zərrab haqqında 70 il həbs tələb edilib.