Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edir

turkiye-abs-istehsali-olan-tikinti-materiallarindan-imtina-edir
Oxunma sayı: 1731

Türkiyə hökuməti ABŞ-ın sanskiyalarına cavab olaraq Amerika istehsalı olan tikinti materiallarından imtina edir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ətraf mühitin qorunması və şəhərsalma naziri Murad Kurum deyib:

“Bundan sonra nazirlik tərəfindən aparılan tikinti işlərində ABŞ istehsalı olan materiallardan istifadə olunmayacaq. Müvafiq qərar ABŞ-ın valyuta məzənnələrinə spekulyasiyasına cavab olaraq qəbul edilib”.