Türkiyə ABŞ məhsullarının idxal rüsumunu 100 faiz artırdı

turkiye-abs-mehsullarinin-idxal-rusumunu-100-faiz-artirdi
Oxunma sayı: 4355

Ərdoğan Türkiyəyə iqtisadi savaş elan edən ABŞ-a cavab olaraq bu ölkədən idxal olunan bəzi məhsulların gömrük rüsumunu artırıb.

“Qafqazinfo” xəbər verir ki, prezidentin qərarı “Rəsmi Qəzet”də yayımlanıb. Qərarda yer alan əsas məhsullar düyü (50%), spirtli içki (140%), daş kömür, makyaj ləvazimatları, tütün məhsulları (60%), bəzi meyvələr (20%) və minik avtomobilləridir (120%).