Türkiyə Afrində daha 2 şəhid verdi - 5 yaralı var

Türkiyə Afrində daha 2 şəhid verdi
Oxunma sayı: 946

Türkiyənin Suriya ilə sərhəd bölgəsində yerləşən Hatay rayonunun Hassa qəsəbəsindəki polis bölməsi terrorçular tərəfindən top atəşinə tutulub.

“Qafqazinfo” Posta-ya istinadən xəbər verir ki, hücum nəticəsində 2 əsgər şəhid olub, 5 hərbiçi yaralanıb.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar Kilis Dövlət Xəstəxanasına yerləşdirilib.

Bildirək ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində 935 terrorçu zərərsizləşdirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi