Türkiyə Almaniyaya nota göndərdi

Türkiyə Almaniyaya nota göndərdi
Oxunma sayı: 948

Türkiyə hökuməti martın 11-də Berlində məscid və Türk mədəniyyət mərkəzinin yandırılması ilə əlaqədar Almaniyaya etiraz notası göndərib.
 
“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ bildirib.

Onun sözlərinə görə, məlum hadisə ilə bağlı Almaniyanın Ankaradakı səfiri Martin Erdmann martın 12-də Türkiyə XİN-ə çağırılıb.

“Bu hücumlara görə çox narahatıq. Bir çox şəhərdə türklərə məxsus məscidlərə, dərnəklərə hücum edirlər. Saxlanılanlar varmı? Görməmişik... Orada yaşayan türklərin təhlükəsizliyinə Almaniya hökuməti məsuliyyət daşıyır. Bu cinayətləri törədənləri saxlamaq alman hökumətinin vəzifəsidir. Türkiyəni hər fürsətdə tənqid edənlərin bu hücumlar qarşısında sakit dayanmaları bizi düşündürür. Bu məsələdə tədbir görmədiklərini görürük. Alman hökumətinin daha həssas davranmağını gözləyirik”, - deyə B. Bozdağ qeyd edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi