Türkiyə Alparslana movzoley tikəcək

turkiye-alparslana-movzoley-tikecek
Oxunma sayı: 650

Əgər məzarı tapmaq mümkün olsa Türkiyə onun üzərində movzoley tikəcək.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə Türkmənistanla təmaslara hələ 2009-cu ildə başlayəb. Alparslanın Mərvdə olduğu təxmin edilən məzarının tapılıb üzərində abidə ucaldılması məsələsi bu dəfə Türkiyənin iqtisadiyyat naziri Zəfər ÇağlayanınTürkmənistan səfərində yenidən gündəmə gəlib. Çağlayan Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammədovdan məzar yerinin araşdırılmasını istəyib. Berdimuhammədov da bunun üçün təlimat verib. "Türkiyə olaraq Alparslana gözəl bir abidə ucaltmaq istədiyimizi söylədik. Belə bir təlimat bu günə qədər olmamışdı. Sultan Alparslanın qəbirinin olduğu yer sürətlə müəyyən edilər inşallah. Oraya gözəl bir abidə qoymaq tariximiz, köklerimiz baxımından son dərəcə əhəmiyyətli. Onların müsbət tutumuna qarşılıq biz də Dikmen Vadidə Məhdumqulu üçün bir abidə-park yaradacağıq. Qısa müddətdə açılacaq parkda qoyulacaq büst Türkmənistanda hazırlanıb Ankaraya göndəriləcək”, - deyə Çağlayan bildirb.

azadliq.info