Türkiyə amerikalı keşişin mühafizəsini gücləndirdi

turkiye-amerikali-kesisin-muhafizesini-guclendirdi
Oxunma sayı: 1863

Türkiyə polisi ev dustaqlığında olan amerikalı keşiş Endryu Bransonun mühafizəsini gücləndirib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, polis işçiləri keşişin evinin yanında keşik çəkir, qonşuluqdakı əraziləri nəzarətdə saxlayır, şübhəli insanları və nəqliyyat vasitələrini yoxlayır. 

Qeyd edək ki, Bransonun evinə qaçış yolu gətirtmək istəyinə məhkəmədən müsbət cavab verilib. O artıq bundan sonra “səhhəti ilə əlaqədar” idmanla da məşğul olacaq.