Türkiyə amerikalı keşişlə bağlı qərarını dəyişmədi

turkiye-amerikali-kesisle-bagli-qerarini-deyismedi
Oxunma sayı: 2476

İzmir Ali Məhkəməsi FETÖ/PDY və PKK terror təşkilatlarına casusluq etməsi iddiası ilə ev dustağı olan amerikalı keşiş Endryu Bransonla bağlı qərarı dəyişməyib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, keşişin vəkili İsmayıl Cem Halavurt müvəkkilinin ev dustaqalığının və xaricə çıxışına qadağanın aradan qaldırılması üçün apellyasiya şikayəti vermişdi.

Ancaq məhkəmə heyəti bu gün keçirilən iclasda bu tələbi rədd edərək Bransonun ev dustaqlığının davam etməsinə qərarını dəyişməyib.