Türkiyə Atatürkü anır - Fotolar

turkiye-ataturku-anir
Oxunma sayı: 2832

Türkiyə Cümhuriyyətinin qurucusu Böyük Öndər Mustafa Kamal Atatürkün vəfatının 79-cu ili dövlət mərasimi ilə anılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri İsmayıl Qəhrəman, Baş Qərargah rəisi general Hulusi Akar, CHP-nin sədri Kamal Kılıçdaroğlu, Nazirlər Kabinetinin üzvləri, MHP-nin rəhbəri Dövlət Bağçalı və digər yüksək səviyyəli şəxslər iştirak edib.

Atatürkün vəfat etdiyi saatda, 09.05-də isə bütün ölkə ərazisində bir dəqiqəlik sükut ilə xatirəsi  yad edilib.