Türkiyə Azərbaycan prezidentini təhqir edən radionu ağır cəzalandırdı

turkiye-azerbaycan-prezidentini-tehqir-eden-radionu-agir-cezalandirdi
Oxunma sayı: 7279

Türkiyə Radio və Televiziya Yüksək Qurumu (RTÜK) Azərbaycan prezidenti İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva haqqında təhqiramiz ifadələrə yol verən “Show Radyo”ya sərt cəza verib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, RTÜK adıçəkilən radio kanalındakı “Matrax” adlı verilişin 5 dəfə dayandırılmasına və pul cəzası verilməsinə qərar verib.

Pul cəzası şirkətin yayım gəlirlərinin 5 faizini əhatə edəcək. Bundan başqa, bir il ərzində oxşar “səhv”ə yol verilərsə yayım 10 gün dayandırılacaq. Bununla da kifayətlənməsələr və növbəti dəfə eyni “səhvi” təkrarlasalar, “Show Radyo”nun lisenziyası əlindən alınacaq.

Qeyd edək ki, Zeki Kayahan Coşkunun aparıcısı olduğu verilişin 16 yanvarda Bakı vaxtı ilə 23:00 - 02:00 saatları arasındakı buraxılışında İ.Əliyev və M.Əliyeva haqqında təhqiramiz ifadələr səsləndirilmişdi.