Türkiyə Azərbaycanın verdiyi diplomu tanımadı - Türkiyəli gənc iş tapa bilmir

turkiye-azerbaycanin-verdiyi-diplomu-tanimadi
Oxunma sayı: 657

2006-2013-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alan türkiyəli gənc Emre Işık Türkiyəyə qayıtdıqdan sonra diplomu orada tanınmayıb.

“Qafqazinfo” “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, Emre Işık Azərbaycana gəlməzdən öncə Tibb Universitetinin diplomunun Türkiyədə tanınması ilə bağlı müvafiq qurumlardan zəmanət aldığını bildirib. Lakin, 2009-cu ildə qərar ləğv olunduğu üçün Azərbaycan Tibb Universitetinin verdiyi diplom tanınmayıb.

Məlumata görə, o, ali təhsilli hesab edilmədiyi üçün əsgərliyə də zabit kimi aparmayıblar.

E. Işık məsələ ilə bağlı məhkəməyə müraciət edib.