Türkiyə Azərbaycanla bağlı vətəndaşlarına xəbərdarlıq etdi

turkiye-azerbaycanla-bagli-vetendaslarina-xeberdarliq-etdi
Oxunma sayı: 3027

Türkiyə XİN-i vətəndaşlarına Azərbaycanın işğal altındakı torpaqlarına səfər etməmələri ilə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin açıqlamasında bildirilir ki, Türkiyə Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması üçün 25 ildir ki, Azərbaycanla sıx əməkdaşlıq edir:

“Bu baxımdan işğal altındakı Azərbaycana aid bölgələrə bu ölkənin əsmi qurumlarından icazə almadan səfər etmək beynəlxalq hüquqa zidd olmaqla yanaşı, Azərbaycan qanunlarına görə bəzi sanksiyalara səbəb ola bilər. Bundan başqa, işğal altındakı bölgələrə gedən vətəndaşlarımızın lazımi təqdirdə konsulluq müdafiəsi ilə təmin edilməsi mümkün deyil. Qısası vətəndaşlarımızın işğaldakı ərazilərə səyahət etməmələrində fayda var”.