Türkiyə BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi

turkiye-bmt-tehlukesizlik-surasina-secile-bilmedi
Oxunma sayı: 668


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, Anqola, Venesuela, Malaziya və Yeni Zellandiya quruma müvəqqəti üzv seçiliblər. 

Ən gərgin mübarizə Türkiyə və İspaniya arasında gedib. Ölkələrdən heç biri ilk iki turda səslərin 2/3-sini qazana bilməyib. Üçüncü turda İspaniya 132 ölkənin dəstəyini qazanıb və Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Türkiyə isə cəmi 60 səs ala bilib.