Türkiyə ermənilərinin patriarxı öldü

turkiye-ermenilerinin-patriarxi-oldu
Oxunma sayı: 1327

Türkiyə ermənilərinin patriarxı Mesrob Mutafyan dünyasını dəyişib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, patriarx müalicə aldığı “Yedikule Surp Pırgiç” erməni xəstəxanasında ölüb. 10 ildir xəstəxanalarda müalicə alan Mutafyan infarktdan vəfat edib. 

Prezident Rəcəb Tayyib Ərdoğan patriarxın ölümü ilə bağlı baş yepiskop Aram Ateşyana başsağlığı verib.