Türkiyə Ermənistanla sərhədlərini bu səbəbdən aça bilər

turkiye-ermenistanla-serhedlerini-bu-sebebden-aca-biler
Oxunma sayı: 656

Xarici İşlər Nazirliyinin sözcüsü Səlcuk Ünal mətbuat üçün yaydığı açıqlamada "humanitar məsələlər üzrə gələ biləcək tələblərin qarşılanması məqsədi ilə atılacaq addımların əhatə, üsul və şərtlərinin Türkiyə tərəfindən təyin ediləcəyi təbiidir", deyə vurğulayıb.

"...Türkiyə, təbii fəlakətlər səbəbiylə çətinliklərlə qarşı-qarşıya qalmış Ermənistana kömək əli uzadan ilk ölkələr arasında yer almaqda tərəddüd göstərməmiş, son olaraq Ermənistandan Suriyada yaşayan ermənilərə göndərilən humanitar yardımların ehtiyac sahiblərinə çatdırılması mövzusunda hər cür imkanları təmin etmişdir" BBC Azərbaycancaya daxil olan açıqlamada deyilir.

Diplomatik sənəddə Suriya erməniləri üçün Türkiyə-Ermənistan sərhədlərinin açılıb-açılmayacağı məsələsi birmənalı şəkildə əks olunmasa da, Suriya ermənilərinin "Türkiyə daxil müxtəlif yollarla Ermənistana çatdıqlarını ayrıca vurğulamaqda fayda görülməkdədir.

Türkiyə, humanitar mövzulardakı bu həssaslığını ayrım güdmədən önümüzdəki dövrdə də qoruyacaq" deyə xatırladılır.

"Humanist ənənələrin ən yaxşı nümayişi o olardı ki, müasir Türkiyə 20-ci əsrin əvvəlində Osmanlı Türkiyədə ermənilərin soyqırımını tanısın. O zaman müasir Türkiyədə humanist ənənələrin mövcud olmasından danışmaq olardı”, - Ermənistan Milli Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan deyib.

O, ABŞ prezident administrasiyası saytında Türkiyə-Ermənistan sərhədinin açılması lehinə imza toplama təşəbbüsünün müsbət bir nəticə verəcəyinə də, Türkiyə tərəfindən Ermənistanla sərhədin açılacağına da inanmır.

“Hətta ABŞ bu istiqamətdə hər hansı bir təşəbbüs göstərsə belə, mən əminəm ki, türklər buna müsbət cavab verməyəcəklər”, - BBS Azərbayncaya professor Safrastyan deyib.

Yanvarın əvvəlindən ABŞ prezidenti administrasiyasının rəsmi saytında Suriya ermənilərinin Ermənistana keçməsini təmin etmək məqsədilə Türkiyə tərəfindən bu ölkə ilə 1993-cü ildə bağlanmış sərhədin açılması üçün imza toplanışı başlanılıb.

Suriyada döyüşlər başlanandan bəri 6 min qaçqın Ermənistanda sığınacaq tapıb.

Onların kütləvi şəkildə tarixi vətənlərinə köçməsinə Suriyada etnik ermənilərin əksəriyyətinin məskunlaşdığı Hələb şəhəri və Yerevan arasında çətinləşən uçuşlar çətinləşdiyindən maneələr yaradır. Hələb və şəhər təyyarə limanı qiyamçıların müntəzəm atəş hədəfinə çevrilib.
Petisiyanın Prezident Obamaya göndərilməsi üçün fevralın 4-dək 24,689 imza toplanmalıdır.