Türkiyə etiraz etdi, Rusiya təxirə saldı

Türkiyə etiraz etdi, Rusiya təxirə saldı
Oxunma sayı: 2047

Rusiya noyabrın 18-də təşkil etməyi planlaşdırdığı Suriya Xalqlarının Konqresini təxirə salınıb.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, buna səbəb tədbirə PKK terror təşkilatının Suriya qolu PYD-nin dəvət edilməsinə Türkiyə tərəfindən etiraz edilməsidir.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib ki, rəsmi etiraza “Kreml”dən müsbət cavab gəlib və tədbir qeyri-müəyyən vaxta təxirə salınıb:

“Bizə bildirdilər ki, tədbirə PYD dəvət edilməyəcək. Biz Türkiyə olaraq orada iştirak etməyəcəyik, amma müşahidəçi göndərə bilərik”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi