Türkiyə Foqtsun yalanını üzə çıxardı

turkiye-foqtsun-yalanini-uze-cixardi-
Oxunma sayı: 661

Qol.Az-ın məlumatına görə, nüfuzlu «Vətən» qəzeti bugünkü sayında almanların bu iddiasının yalan olduğunu yazıb.

«Quus Hiddinkin Türkiyədəki gələcək karyerası müzakirə olunduğu vaxtda Almaniyanın «Bild» qəzeti iddia irəli sürdü ki, Berti Foqts Hiddinkin yerinə gəlir. Amma almanlar yanılırlar. Çünki Berti Foqtsun adı futbol federasiyasının rəsmilərinin ağlından belə keçmir. Qısası, belə bir ehtimal yoxdur» - deyə qəzetin məlumatında bildirilir.

«Çelsi»yə keçəcəyi iddia olunan Türkiyə millisinin hazırkı baş məşqçisi Quus Hiddinkin meneceri isə «Guardian»a açıqlamasında hollandiyalı mütəxəssisin ən azı qarşıdakı Qazaxıstan və Avtriya ilə matçlarda Türkiyəni meydana çıxaracağını söyləyib.

Qeyd edək ki, hər dəfə məhz Azərbaycan millisinin məğlubiyyətindən sonra Berti Foqtsun istefası məsələsi gündəmə gələrkən onun vətəni Almaniyada bu mütəxəssisin guya adlı-sanlı klublardan birinə keçəcəyi xəbəri yayılır. Ssenari bu dəfə də təkrar olunub. Qazaxıstana məğlubiyyətdən sonra Almaniya mətbuatı Foqtsu Türkiyə millisinə «aparmağa» cəhd edib.