Türkiyə hərbi əməliyyatlara başladı

turkiye-herbi-emeliyyatlara-basladi
Oxunma sayı: 635

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, F16 hərbi təyyarələrinin sərhədi keçərək PKK-nın şimali İraqda yerləşən düşərgələrini bombaladığı iddia edilsə də rəsmi dairələr hələ ki bu faktı təsdiqləməyib. PKK-ya yaxın internet saytları təyyarələrin başda Kandil dağı olmaqla Türkiyə-İran sərhədində Hinerə, Türkiyə sərhədinə yaxın Zap, Hakurk düşərgələrini də bombaladığı bildirilib. Türkiyə ordusunun ilk dəfə olaraq ABŞ-ın Pakistandakı Əl-Qaidə düşərgələrini bombalamaq üçün istifadə etdiyi hərbi texnikadan istifadə etdiyi deyilir.

Səidə