Türkiyə hərəkətə keçdi - ABŞ səfirliyinə atəş açan 2 nəfər saxlanıldı

turkiye-herekete-kecdi
Oxunma sayı: 3250

Türkiyə hökuməti ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücum edən iki şübhəli şəxsi saxlayıb. 

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, həmin şəxslər silah və avtomobilləri ilə birlikdə saxlanılıb. 

Xatırladaq ki, bu gün səhər saatlarında ABŞ-ın Ankaradakı səfirliyi naməlum şəxslər tərəfindən atəşə tutulub. Səfirliyə ağ rəngli minik avtomobilindən 4-5 dəfə atəş açılıb. İnsident nəticəsində ölən və yaralanan olmayıb.

***

Ankara Valiliyindən bildirilib ki, hadisəni törədən 39 yaşlı Ahmet Çelikten və 38 yaşlı Osman Gündaş 06 BDP 502 dövlət nömrə nişanlı avtomobildə yaxalanıblar.

Hər iki şəxs ilk ifadələrində əməllərini etiraf ediblər.

Məlumata görə, A.Çelikten həbsxanadan qaçdığı üçün axtarışda olub. O.Gündaşın da narkotik maddə istifadəsi, avtomobil oğurluğu, qəsdən yaralama kimi cinayətləri olub.

Hazırda onların kimlərlə əlaqədə olduğu araşdırılır.