Türkiyə hökuməti PKK lideri ilə görüşəcək - Video

turkiye-hokumeti-pkk-lideri-ile-gorusecek-video
Oxunma sayı: 658

Onun sözlərinə görə, hökumətin kəşfiyyat orqanları ölkənin təhlükəsizliyi ilə əlaqədar olaraq terrorla mübarizə siyasəti çərçivəsində Öcalanla əvvəllər də görüşlər keçirilib və bundan sonra da lazım olduqda bu görüşlər davam etdiriləcək. Qeyd edək ki, görüşün yeri və zamanı ilə bağlı məlumatlar hələ ki gizli saxlanılır.

Qrupun digər aparıcı üzvləri ilə isə, sonuncu dəfə bir neçə il bundan əvvəl Norveçin paytaxtı Osloda gizli görüşlər baş tutub.

Qeyd edək ki, son bir neçə həftədir ki, PKK-nın tərəfdaşı olan “Sülh və demokratiya partiyası”nın həbsxanalarda olan üzvləri aclıq aksiyası keçirir. Bununla bağlı Türkiyənin bir sıra bölgələrində də zorakılıqlarla müşayət olunan aksiyalar keçirilir. Öcalanın partiya tərəfdarlarına aksiyalara son qoymaları üçün müraciəti fonunda keçirilən görüş kürd probleminin həlli yolunda dəyişiklərin olacağına ümid verir. Lakin Öcalanın çağırışlarına baxmayaraq, partiyanın 700-ə yaxın tərəfdarı hələ ki, aclıq aksiyasına son verməyib.

Bu arada, rəsmi Ankara ölkədə kürdlərin fəallaşmasını Türkiyənin Suriya ilə olan münasibətləri ilə əlaqələndirib və Suriya prezidenti Bəşər Əsədi PKK qüvvələrinə silah verərək təhrikedici rol oynamaqda ittiham edib.