Türkiyə hökumətinin yeni tərkibi - Siyahı

turkiye-hokumetinin-yeni-terkibi
Oxunma sayı: 721

Türkiyədə Nazirlər Kabinetinin tərkibi dəyişib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən  xəbər verir ki, yeni siyahını Türkiyənin Baş naziri Binəli Yıldırım prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirdiyi mətbuat konfransında açıqlayıb.

Dəyişimə əsasən, Bəkir Bozdağ, Mehmet Şimşək, Fikri İşık, Rəcəb Akdağ, Hakan Çavuşoğlu Baş nazirin müavini olub. 

Siyahıdakı digər adlar isə belədir :

Ədliyyə naziri- Abdulhamit Gül
Xarici İşlər naziri - Mövlud Çavuşoğlu
Daxili İşlər naziri - Süleyman Soylu
İqtisadiyyat naziri - Nihat Zeybəkçi
Ailə və Sosial Siyasət naziri- Fatma Betül Sayan Kaya
Enerji və Təbii Ehtiyatlar naziri - Berat Albayrak
Maliyyə naziri - Naci Ağbal
Müdafiə naziri - Nurəddin Canikli
Səhiyyə naziri - Əhməd Əmircan
Avropa Birliyi işləri üzrə nazir- Ömər Çelik
Elm və sənaye naziri -Faruk Özlü
Çalışma və sosial təminat naziri -Julidə Sarıəroğlu
Ətraf Mühit və Şəhərçilik naziri -Mehmet Özhaseki
Gənclik və İdman naziri - Osman Aşkın Bak
Qida və Kənd təsərrüfatı naziri - Əhməd Əşrəf Fakibaba 
Gömrük və Ticarət naziri - Bülənt Tüfənkçi
İnkişaf naziri – Lütfi Əlvan
Mədəniyyət və Turizm naziri - Numan Kurtulmuş
Təhsil naziri - İsmət Yılmaz
Meşə və Su İşləri naziri - Veysəl Əroğlu
Rabitə və Nəqliyyat naziri - Ahmet Arslan 

Qeyd edək ki, ümumilikdə, 5 baş nazir müavini və nazir Nazirlər Kabinetindən çıxıb, 6 nəfərin isə vəzifəsi dəyişib.

Aysel Kərimova