Türkiyə-Hollandiya gərginliyi artır - XİN-ə çağırıldı

Türkiyə-Hollandiya gərginliyi artır
Oxunma sayı: 2396

Ötən ildən etibarən siyasi gərginlik yaşayan Hollandiya və Türkiyə arasında böhran daha da dərinləşir.

“Qafqazinfo” xəbər verir ki, bir neçə gün öncə Hollandiya parlamentinin 1905-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımaq üçün hazırlıqlara başlamasından sonra Türkiyə tərəfi hərəkətə keçib.

Belə ki, Hollandiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və hesabat tələb edilib.

Qeyd edək ki, 1905-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımaq təklifi koalisiya hökumətinin ortağı olan Xristian Birliyi Partiyası (CU) tərəfindən verilib. Bu təklif digər 3 hökumət partiyası tərəfindən də dəstəklənib. Parlament hökumətə aprelin 24-də İrəvanda keçiriləcək “soyqırımı anma mərasimi”nə ilk dəfə nazir səviyyəsində təmsilçi göndərməyi də təklif edəcək. Hələlik hökumət təklifə münasibət bildirməyib.

Xatırladaq ki, Türkiyədə 2017-ci il aprelin 16-da keçirilən Konstitusiya referendumu ərəfəsində Hollandiya ilə münasibətlərdə gərginlik yaranıb. Hollandiya hökuməti türkiyəli nazirlərin ölkəyə gələrək yerli türklər arasında təbliğat aparmasına icazə verməyib. Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Almaniyadan Hollandiyaya keçərək Türkiyə səfirliyinə tərəf hərəkət edərkən polis tərəfindən qarşısı alınıb və o, ölkədən çıxarılıb. Bundan sonra Türkiyə hökuməti Hollandiya səfirinin ölkəyə daxil olmasına icazə verməyib. Fevralın 5-də isə Hollandiya Türkiyədəki səfiri Kornelis Van Riyi geri çağırmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi