“Türkiyə ilə münasibətlərimiz mürəkkəbdir” - XİN sözcüsü

“Türkiyə ilə münasibətlərimiz mürəkkəbdir”
Oxunma sayı: 1437

ABŞ Xarici İşlər Nazirliyi sözçüsü Heyzer Nauert  Türkiyə ilə yaşanan viza böhranı məsələsinə münasibət bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, gündəlik mətbuat konfransında Türkiyə və ABŞ arasında yaşanan viza böhranına dair verilən sualları cavablandırıb.

 “İki yerli əməkdaşımız bir müddət əvvəl saxlanılıb və bu gün hələ də nəzarətindədirlər. Terrorizmlə günahlandırırlar, ancaq Türkiyə hələ də bir dəlil təqdim etməyib. Əlbəttə ki, bu çox ciddi bir cinayətdir və buna dair dəlil görmək istəyirik”,- deyə söyləyib.

“Türkiyə müttəfiqiniz kimi davranır mı?” sualına isə “Türkiyə ilə münasibətlərimiz mürəkkəbdir, bu təəccüblənəcək bir vəziyyət deyil. Ümid edirəm ki, güclü NATO müttəfiqimizlə bu problemləri həll edəcəyik. Biz ümidliyik”,- söyləyərək cavab verib.

Qeyd edək ki, ABŞ-ın İstanbul Başkonsulluğunun əməkdaşı Metin Topuz FETÖ araşdırmalı çərçivəsində həbs edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi