Türkiyə ilə Rusiya Təl-Rıfatda birgə patrul həyata keçirdi - Fotolar

turkiye-ile-rusiya-tel-rifatda-birge-patrul-heyata-kecirdi
Oxunma sayı: 1056

Türkiyə və Rusiya Silahlı Qüvvələri Suriyanın Təl-Rıfat şəhərində ilk müstəqil koordinasiyalı patrul fəaliyyətini həyata keçirib. 

“Qafqazinfo” xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin tvitter hesabında patrul fəaliyyəti ilə bağlı məlumat və fotolar paylaşılıb. 

“Türkiyə və Rusiya Silahlı Qüvvələri Təl-Rıfat şəhərində atəşkəsi və sabitliyi təmin etmək, hər hansı hücumun qarşısını almaq məqsədilə ilk koordinasiyalı patrul fəaliyyətini icra edib”, - deyə açıqlamada qeyd olunur.