Türkiyə - İran sərhəd keçid məntəqələri fasiləsiz işləyəcək

turkiye-iran-serhed-kecid-menteqeleri-fasilesiz-isleyecek
Oxunma sayı: 2179

Türkiyənin Van şəhərindən İrana açılan Kapıköy sərhəd qapısı 24 saatlıq iş qrafikinə keçəcək.

“Qafqazinfo” “Mehrnews”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Gömrük və Ticarət naziri Bülənt Tüfəngçi məlumat verib:

“Gurbulaq və Əsəndərə məntəqələri 24 saat işləyirdi. Kapıköyün də fasiləsiz qrafikə keçməsindən sonra iki ölkə arasında ticarət əlaqələri genişlənəcək”.

Nazir deyib ki, məsələ İran tərəfi ilə də razılaşdırılıb.

Sərhəd qapısının 24 saat işləməsi Novruz bayramı öncəsi insanların rahat gediş-gəlişinə şərair yaradacaq.