Türkiyə İraq və Suriyada əməliyyatın müddətini uzatdı

turkiye-iraq-ve-suriyada-emeliyyatin-muddetini-uzatdi
Oxunma sayı: 932

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə ordusunun sərhəddən kənarda əməliyyatları davam etdirməsi ilə bağlı təkliflər müzakirəyə çıxarılıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, müzakirələrdən sonra səsvermə keçirilib və səs çoxluğu ilə təkliflər qəbul edilib.

Beləliklə, Türkiyə ordusu İraq və Suriya torpaqlarında terrorçulara qarşı daha 1 il əməliyyat keçirəcək.

Qeyd edək ki, son günlərdə xüsusilə İraqın şimalında vəziyyət gərginləşib. İraq Kürd Regional Hökuməti 25 sentyabrda müstəqillik üçün referendum keçirmək istəyir. Bu səbəbdən bölgədə yeni müharibənin çıxacağı riski var.