Türkiyə İraqın şimalını bombaladı - Terrorçular zərərsizləşdirildi

turkiye-iraqin-simalini-bombaladi
Oxunma sayı: 1084

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı PKK terrorçularını bombalayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat PKK terrorçularının iki türk əsgərinin şəhid etməsinə cavab olub.

Məlumata əsasən, PUA-ların aşkar etdiyi terrorçuları zərərsizləşdirmək üçün qırıcılar havaya qalxıb. Əməliyyat nəticəsində 3 PKK-lı terrorçu və silah anbarları məhv edilib.

Bölgədə terror qruplaşmalarına qarşı əməliyyatlar davam edir.