Türkiyə itən jurnalistlə bağlı konsulluqda axtarış tələb etdi

turkiye-iten-jurnalistle-bagli-konsulluqda-axtaris-teleb-etdi
Oxunma sayı: 1337

Türkiyə itkin düşən səudiyyəli jurnalist Camal Kaşıkçı üçün bu ölkənin İstanbuldakı konsulluğundan axtarış izni tələb edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bundan başqa, Səudiyyə Ərəbistanı səfiri dünən ikinci dəfə Türkiyə XİN-nə çağırılıb. 

Qeyd edək ki, Səudiyyə rejiminə müxalif mövqeyi ilə tanınan “The Washington Post” yazarı Kaşıkçı oktyabrın 2-də evlilik proseduru üçün baş konsulluğa gedib və ondan daha sonra heç bir xəbər alınmayıb. 

Türkiyə polisi jurnalistin konsulluğu tərk etmədiyini desə də, səudiyyəli rəsmilər “Reuters” müxbirinə qapılarını açaraq Kaşıkçının binada olmadığına sübut etməyə çalışıblar.