Türkiyə konsulluğuna hücum edildi

turkiye-konsulluguna-hucum-edildi
Oxunma sayı: 1479

Türkiyənin İsveçrənin Sürix şəhərindəki Baş konsulluğuna “Molotov kokteylləri” atılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, naməlum şəxslər hücumu yerli vaxtla 02:51-də həyata keçiriblər.

Baş konsul Asiyə Nurcan İpəkçi binaya ziyan dəymədiyini bildirib:

“İki “Molotov kokteyi” atılıb. Onlardan biri yanmayıb, digəri isə dəmir arakəsməyə dəyərək sönüb. Hadisə ilə əlaqədar 3 gənc saxlanılıb. Lakin, onlarla bağlı detallı məlumat verilməyib. Yaxın günlərdə məsələnin aydınlanacağını düşünürük”.

Qeyd edək ki, son 2,5 ildə Sürixdəki Baş konsulluğa 6 dəfə hücum edilib.