Türkiyə kuboku sahibini axtarır

turkiye-kuboku-sahibini-axtarir
Oxunma sayı: 650

“Qafqazinfo” xəbər verir ki, finalda “Fənərbaxça” “Trabzonspor”la qarşılaşacaq. Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən “19 Mayıs”stadionunda oynanılacaq final qarşılaşması, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

1962-ci ildən etibarən keçirilən Türkiyə kubokunu indiyənə kimi ən çox qazanan klub “Qalatasaray” olub. “Cim Bom” bu vaxta qədər bu kuboku 14 dəfə başı üzərinə qaldırıb. “Fənərbaxça” isə 5 dəfə bu uğura imza atıb. Onun bugünkü rəqibi “Trabzonspor” isə 9 dəfə bu kubokun sahibi olub.

İqbal