Türkiyə mətbuatı da sinəsi açıq aparıcıdan yazdı- - Fotolar

turkiye-metbuati-da-sinesi-aciq-aparicidan-yazdi-
Oxunma sayı: 6889


“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, məqalədə bildirilib ki, "Siluet" verilişinin aparıcısı sinə dekoltesi ucbatından kanaldan qovulub: 

"Kanalın mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev Aslanovanın işdən kənarlaşdırılmasına dekoltenin səbəb olduğunu deyib. O, bunun kanalın imicinə ziyan verdiyini söyləyib. Leyla Aslanovanın işdən ayrılması Azərbaycanda yeni müzakirəyə də yol açıb. İnternet saytlarında yerli telekanallarda dekolteli aparıcıların çox olduğu bildirilib və "niyə ilk qovulan Aslanova oldu" sualı verilməyə başlayıb. Yazılan şərhlər arasında sinə dekoltesinin bəzi qadınları gözəl, bəzilərini isə çirkin etdiyi vurğulanıb. Deməli, Aslanova ikinci kateqoriyaya aid edilib". 

Qəzet həmçinin Leyla Aslanova olayını türkiyəli aparıcı Gözde Kansunun durumuna bənzədib. 

Qeyd edək ki, Gözde Kansu da bir müddət öncə geyindiyi libasına görə tənqid olunub və işindən azad edilib.