Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq üzvü həbs edildi

Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq üzvü həbs edildi
Oxunma sayı: 1062

Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq hücumçusu, vaxtilə Super Liqanın bombardiri olmuş Zafer Biryol saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Biryol İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə bağlı istintaq çərçivəsində həbs edilib. Bu barədə məlumatı “Hürriyət” qəzeti yayıb. Sabiq hücumçu FETÖ təşkilatına dəstəkdə ittiham olunur.
 
Biryol karyerası ərzində "Mersin İdman Yurdu", "Ədirnəspor", "Göztəpə", "Fənərbaxça", "Bursaspor", "Çaykur Rizəspor" kimi komandalarda top qovub. O, Super Liqanın 2003-04 mövsümündə “Konyaspor”un heyətində 25 dəfə fərqlənərək, çempionatın bombardiri olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi