“Türkiyə müttəfiqlərdən daha çox dəstək gözləyir” - Baş Nazir

turkiye-muttefiqlerden-daha-cox-destek-gozleyir
Oxunma sayı: 921

“Türkiyə müttəfiqlərindən terrorizmlə, o cümlədən PKK, YPG və PYD terror qruplaşmaları ilə mübarizədə daha çox dəstək gözləyir”. 

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Berlində rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım söyləyib.

B. Yıldırımın sözlərinə görə, PKK-nın YPG və PYD ilə sıx əlaqələrinin olmasını Britaniya və ABŞ xüsusi xidmət qurumları da etiraf edir. Bu cinayətkar təşkilatın məqsədi bölgədə gərginlik və yeni münaqişə ocaqları yaratmaqdır. Ankara terrorla mübarizədə müttəfiqlərdən daha çox dəstək gözləyir.

Baş Nazir Avropa ölkələri kimi Türkiyənin də qaçqın problemi ilə üzləşdiyini bildirib. O, “Miqrant böhranı-bu Türkiyə ilə bağlı problem deyil. Biz onun yaranmasında günahkar deyilik, amma nəticələri ilə üz-üzə qalmışıq”, -deyə vurğulayıb.

Qeyd edək  ki, hazırda Türkiyədə 3,5 milyondan çox miqrant var.