Türkiyə müxalifətinin prezidentliyə vahid namizədi odur!

turkiye-muxalifetinin-prezidentliye-vahid-namizedi-odur
Oxunma sayı: 946


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, CHP lideri Kamal Kılıçdaroğlu MHP lideri Dövlət Baxçalı ilə görüşdən sonra vahid namizədi razılaşdırdıqlarını bəyan edib.

Onun sözlərinə görə, CHP və MHP bu ilin avqust ayında keçiriləcək prezident seçkilərində 2005-2009-cu illərdə İslam Əməkdaşlıq Təşkilatının baş katibi olmuş Ekmələddin İhsanoğlunun namizədliyini müdafiə edəcək.

Qeyd edək ki, Ekmələddin İhsanoğlu 1943-cü ildə Qahirədə anadan olub. Misirin Ayn Şəms Universitetinin məzunu, Osmanlı, Türk və İslam mədəniyyəti üzrə tanınmış mütəxəssislərdən biridir. Evlidir, üç övladı var.