Türkiyə neft idxalını artırdı

turkiye-neft-idxalini-artirdi
Oxunma sayı: 645

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, Türkiyənin “Tüpraş” neftayırma zavodu İrandan göndərilən 145 və 140 min tonluq xam nefti təslim alıb. Xəbərdə həmçinin şirkətin noyabr ayında da xam neft idxalının eyni səviyyədə olduğu bildirilib.

Qeyd edək ki, ABŞ ötən il dekabrın 7-dən etibarən Türkiyə də daxil olmaqla İrandan xam neft idxal edən 20 ölkəni bu ölkəyə qarşı birtərəfli sanksiyalarından azad edib.