Türkiyə ordusu 2612 terrorçunu zərərsizləşdirib

turkiye-ordusu-2612-terrorcunu-zerersizlesdirib
Oxunma sayı: 1040

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayını açıqlayıb.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, əməliyyatların başladığı 20 yanvar 2017-ci il tarixindən bəri 2612 terrorçu məhv edilib.

Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.