Türkiyə ordusu Afrinə girir - Ərdoğan açıqladı

turkiye-ordusu-afrine-girir
Oxunma sayı: 4787

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cənubda Suriya ilə sərhəd bölgələrinin təhlükəsizliyini təmin etmək məqsədilə Afrinə əməliyyat təşkil ediləcəyini bildirib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın əməliyyatın yaxın günlərdə başlayacağını açıqlayıb:

“ABŞ terror təşkilatlarını müxtəlif adlarla dəstəkləyir. Bunları artıq “udmuruq”. Gedin başqalarına başa salın”.

Türkiyə prezidenti Afrin əməliyyatı zamanı müttəfiqlərin ikili münasibətlərə uyğun hərəkət etmələrini istəyib:

“Ümid edirəm ki, Türkiyə müttəfiqləri terrorçularla eyni sırada duraraq səhvə yol verməzlər”.