Türkiyə ordusu daha 54 terrorçunu məhv etdi

Türkiyə ordusu daha 54 terrorçunu məhv etdi
Oxunma sayı: 638

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) bölücü PKK terrorçularına qarşı əməliyyaları davam edir.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Şırnak, Siirt, Hakkari, Diyarbəkir, Mardin və İraqın şimalında keçirilən əməliyyatlarda son 1 həftədə 54 terrorçu məhv edilib.

Onların arasında terrorçu təşkilatın yüksək vəzifəli liderlərindən birinin olduğu bildirilir.

Əməliyyatlar zamanı 1 türk əsgər yaralanıb.

Qeyd edək ki, terrorçulara məxsus sığınacaqlardan müxtəlif silahlar, partlayıcılar, əl bombaları, simsiz aparatlar və digər avadanlıqlar götürülüb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi