Türkiyə ordusu İdlibə girdi - Yeni müharibə başlayır + Video

turkiye-ordusu-idlibe-girdi
Oxunma sayı: 2601

Türkiyənin xüsusi təyinatlı qüvvələri İraqın İdlib şəhərinə girib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN Türk kanalında canlı yayımlanan “Gecə görüşü” verilişdə məlumat verilib.

Jurnalist Nevzat Çiçək bildirib ki, təxminən 100-200 arası sayı olan əsgərlər şəhərə daxil olublar.

Qeyd edək ki, İdlib 2015-ci ildən etibarən tamamilə İŞİD-in nəzarətinə keçib.

İdlib şəhərində təhlükəsizlik zonası yaratmaqla bağlı bu ilin sentyabrında Astanada İran, Rusiya və Türkiyə arasında razılıq əldə edilib. Razılaşmaya əsasən, Türkiyə İdlib daxilində, Rusiya isə şəhər ətrafında təhlükəsizliyi təmin etməlidir.