Türkiyə ordusu İraqda 13 terrorçunu məhv etdi

Türkiyə ordusu İraqda 13 terrorçunu məhv etdi
Oxunma sayı: 631

Türkiyə Silahlı Qüvvələri (TSQ) İraqın şimalındakı Gara bölgəsində PKK terrorçularına qarşı hava əməliyyatı keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, kəşfiyyat məlumatları əsasında hərbi bazalara hücum hazırlığında olan terrorçuların yeri müəyyənləşdirilib və dəqiq atəş nəticəsində 13 terrorçu zərərsizləşdirilib.

Həmçinin, terrorçuların mağara və sığınacaqları da məhv edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi