Türkiyə ordusu son bir həftədə 58 terrorçu məhv edib

turkiye-ordusu-son-bir-heftede-58-terrorcu-mehv-edib
Oxunma sayı: 720

Türkiyədə ölkə miqyasında 13-20 noyabr tarixləri arasında həyata keçirilən  terror əməliyyatlarında PKK terror təşkilatına mənsub 58 terrorçu zərərsizləşdirilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, son həftədə terror təşkilatları ilə mübarizə çərçivəsində təhlükəsizlik qüvvələri 366 əməliyyat həyata keçirib.

Əməliyyatlarda PKK-ya yardım etdikləri iddiası ilə 206, İŞİD terror təşkilatı ilə əlaqədə olduqları iddası ilə 63, FETÖ ilə mübarizə çərçivəsində 666, sol meyilli təşkilatlarla mübarizə çərçivəsində isə 10 şübhəli saxlanılıb.

Ağrı, Bingöl, Diyarbəkir, Ərzincan, Hakkari, Kahramanmaraş, Mardin, Şırnak, Tunceli və Vandakı əməliyyaklarda terrorçular tərəfindən istifadə edilən 73 sığınacaq və mağara məhv edilib. Bununla yanaşı müxtəlif silah-sursat ələ keçirilib.