Türkiyə ordusu terrorçulara “divan tutmağa” davam edir - 1500-ü keçdi

turkiye-ordusu-terrorculara-divan-tutmaga-davam-edir
Oxunma sayı: 1295

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 1528-ə çatıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu gün qurudan və havadan həyata keçirilən əməliyyatlar nəticəsində 42 terrorçu məhv edilib.

Bununla da əməliyyatın başladığı 20 yanvar tarixindən etibarən 14-ü strateji yüksəklik olmaqla, ümumilikdə 58 məntəqə terrorçulardan təmizlənib.