Türkiyə ordusu terrorçulara “divan tutmağa” davam edir - 2018 ölü

turkiye-ordusu-terrorculara-divan-tutmaga-davam-edir
Oxunma sayı: 1945

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayını açıqlayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyatların başladığı gündən bəri 2018 terrorçu məhv edilib.

Bu barədə Türkiyə SQ Baş Qərargahının məlumatında bildirilir.

Bundan əlavə Şeyx Məhəmmədli, Dudu, Semalık, Velikli və Kavanda kəndləri terroçulardan təmizlənib.