Türkiyə “Oskar”a bu filmi göndərir

turkiye-oskara-bu-filmi-gonderir
Oxunma sayı: 4031

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 91-ci “Oskar” mükafatlandırma mərasiminə göndəriləcək filmin adını açıqlayıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Komissiya üzvləri tərəfindən 12 film arasından seçilən “Ahlat ağacı” olub.

Ekran əsərinin rejissoru Nuri Bilgə Ceylandır. Film “Xarici dildə ən yaxşı film” nominasiyasına namizəddir.