Türkiyə parlamentində ilk hicablı andiçmə

turkiye-parlamentinde-ilk-hicabli-andicme
Oxunma sayı: 631

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Türkiyədə 23 aprel Uşaq günü münasibətilə keçirilən tədbirlər çərçivəsində ölkənin müxtəlif təhsil ocaqlarının nümunəvi şagirdləri Türkiyə Böyük Millət Məclisində (TBMM) şərti millət vəkili kimi toplaşıblar.

TBMM-də keçirilən tədbirdə müvəqqəti olaraq, deputat mandatı qazanan şagirdlərin andiçmə mərasimi keçirilib.
Tədbirdə Mehmed Akif Ərsoy liseyini təmsil edən Hacət Eşutun adlı şagird başıörtülü olduğu halda and içməsi Türkiyə mətbuatında rezonans doğurub. Parlamentdə and içməsi ilə bağlı yerli mətbuata açıqlama verən Eşut bunun çox gözəl hiss olduğunu deyib. Eşutun and içməsi parlament sədr Cəmil Çiçək və digər şagird millət vəkilləri tərəfində ayaqüstə alqışlanıb.

Parlament kürsüsündən Van şəhərində zəlzələdən sonra təhsil sahəsində davam edən problemlərdən danışan Eşut xüsusilə yeni məktəblər inşa etmənin vacibliyini vurğulayıb.